AZ

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin zərəri kəskin artıb

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü ili 3,74 milyon manat zərərlə başa vurub. Halbuki, Agentlik 2023-cü ildən 864 min manat xalis zərərlə çıxmışdı.

Missiya.Az xəbər verir ki, ötən il İKTA-nın gəlirləri əvvəlki ilə nisbətən 100 % azalıb, inzibati xərcləri 3,654 milyon manat (2 dəfə çox), maliyyə xərcləri 12 min manat (2 dəfə çox), digər xərcləri 14 min manat (2,4 dəfə çox), amortizasiya xərcləri isə 60 min manat (26,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə İKTA-nın aktivləri 281 min manat olub ki, bu da illik müqayisədə 40,5 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 20,7 dəfə artaraq 1,389 milyon manata çatıb, 132 min manatlıq balans kapitalı isə 1,108 milyon manatlıq kapital çatışmazlığı ilə üzləşib.

Xatırladaq ki, İKTA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 100 min manatdır. Agentlik telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olaraq müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edir.

Seçilən
8
7
missiya.az

10Mənbələr