AZ

Türkiyənin hər vilayətində vətəndaşlar üçün sığınacaqlar yaradılır

ain.az, Missiya.az saytına istinadən bildirir.

Türkiyə vətəndaşlarını  müasir mülki müdafiə sistemi ilə təmin etmək niyyətindədir - ölkə hökuməti 81 vilayətin hər birində sığınacaqlar yaratmaq qərarına gəlib. 

Missiya.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Yaxın Şərqdəki son münaqişələr fonunda müdafiə obyektlərinin tikilməsi məsələsi xüsusilə aktuallaşıb.

“Nazirlər Kabinetinin iclasında Türkiyədə sığınacaqların olmaması və artıq tikilmiş sığınacaqların müasir meyarlara cavab verməməsi müzakirə edilib”, - deyə, məlumatda qeyd olunur.

Sığınacaqlar müharibə, təbii fəlakətlər və ya texnogen qəzalar zamanı insanları qorumaq üçün nəzərdə tutulacaq.

Elcan

Missiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
missiya.az

5Mənbələr