AZ

Azərbaycan-İran ticarət həcmi 1,8% artaraq 353,4 milyon dollar olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 353,4 milyon ABŞ dolları olub.

Finss.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon ABŞ dolları və ya 1,8% çoxdur. Hesabat dövründə İranla ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,22%-ni təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan İrana ixrac 6,9 milyon ABŞ dolları, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 798 min dollar və ya 10,4% azalma deməkdir. Eyni zamanda, İrandan Azərbaycana idxal 346,5 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 7,1 milyon dollar və ya 2,1% artım deməkdir.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,25% çoxdur. Xarici ticarət dövriyyəsinin 15,2 milyard dolları ixrac, 13,6 milyard dolları idxal üzrə olub. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Nəticədə, xarici ticarətdə 1,6 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
5
1
fins.az

2Mənbələr