AZ

Cənubi Koreya məktəblərində mobil telefon qadağan edildi

Cənubi Koreya məktəblərdə dərs saatlarında mobil telefonların və ağıllı cihazların istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

Missiya.Az "CNN"ə istinadən xəbər verir ki, 2026-cı ilin mart ayından qüvvəyə minəcək qanunun məqsədi smartfon asılılığının qarşısını almaqdır.

Valideynlər və müəllimlər iddia edirlər ki, smartfondan istifadə şagirdlərin təhsil almağa sərf edə biləcəyi vaxtı alır.

Səsvermədə iştirak edən 163 deputatdan 115-i qanunun lehinə səs verib. Qanun həmçinin müəllimlərə şagirdlərin məktəb binalarında telefon istifadəsinə nəzarət səlahiyyəti verir. Əlilliyi olan və ya xüsusi təhsil ehtiyacı olan şagirdlər üçün isə istisnalar nəzərdə tutulub.

İlahə QənbərliMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr