AZ

"Microsoft"un baş ofisinin qarşısında etiraz etdilər

ABŞ mərkəzli texnologiya şirkəti "Microsoft"un hazırkı və keçmiş əməkdaşlarının da daxil olduğu bir qrup, İsrail ordusu ilə əməkdaşlıq etdiyinə görə şirkətin Vaşinqton ştatındakı baş ofisinin qarşısında etiraz aksiyası keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

bildirilib ki, "Microsoft"un hazırkı və keçmiş işçiləri, aktivistlər və yerli əhali nümayəndələrindən ibarət kütlə, şirkətin İsrail ordusuna göstərdiyi xidmətlərə və texnoloji dəstəyə etiraz etmək üçün baş ofisin qarşısında toplaşıb.

Etirazçılar, "Microsoft"un İsraillə əlaqələrini kəsməsini və fələstinlilərə təzminat ödəməsini tələb ediblər.

Aksiyanı təşkil edən “No Azure for Apartheid” adlı qrupun verdiyi açıqlamada, etirazların "Microsoft"un fələstinlilərə qarşı soyqırımdakı roluna qarşı təşkil edildiyi bildirilib.

Digər tərəfdən, polisin "Microsoft"un Direktorlar Şurası sədr müavini və Şirkət Prezidenti Brad Smithin ofisində aksiya keçirən 7 nəfəri saxladığı, onlardan 2-nin şirkətin hazırkı əməkdaşı olduğu qeyd edilib.

Keçən həftə də eyni səbəbdən şirkətin baş ofisinin qarşısında keçirilən etiraz aksiyasında 18 nəfər saxlanılmışdı.

Seçilən
0
1
operativmm.az

2Mənbələr