AZ

2025-ci ilin yanvar-iyun aylarında Şimal-Cənub nəqliyyat dəhlizində yük dövriyyəsi 1,235 milyard ton-km olub

Bu ilin yanvar-iyun aylarında Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsi 1,235 milyard ton-km olub.

Finss.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 265,6 milyon ton-km və ya 17,7% azalıb. 2024-cü ilin ilk 6 ayında yük dövriyyəsi 1,501 milyard ton-km təşkil etmişdi.

Hesabat dövründə yük dövriyyəsinin 418,5 milyon ton-km hissəsi tranzit yüklərdən ibarət olub, bu da illik müqayisədə 70,6 milyon ton-km və ya 14,4% azalma deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
0
1
fins.az

7Mənbələr