AZ

ABŞ-nin Hindistana ikiqat rüsumu qüvvəyə minib

Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadənbildirirki, ikiqat gömrük rüsumunun irəli sürülməsi Hindistanı "Rusiya neftini aldığına görə" cəzalandırmaq məqsədi daşıyır. Əvvəllər Vaşinqton Hindistan malları üçün yalnız 25% rüsum nəzərdə tuturdu.

Bu, ABŞ-nin irəli sürdüyü ən yüksək tariflərdən biridir. Xatırladaq ki, avqustun 1-də ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
35
azvision.az

1Mənbələr