AZ

İlham Əliyev Pezeşkiandan danışıb: "Damarlarımızda eyni qan axır"

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Al Arabiya" telekanalına müsahibəsində İranla, eyni zamanda İran Prezidenti Məsud Pezeşkian ilə münasibətlərdən danışıb. Əliyev deyib:  "O, azərbaycanlıdır. Damarlarımızda eyni qan axır, eyni dildə danışırıq, tərcüməçisiz işləyirik. Hətta buradakı ictimai tədbirlərdən birində, o, Azərbaycan poeziyası barəsində biliklərini nümayiş etdirdi. Onun heç bir qeydə ehtiyacı yoxdur. Çox istedadlı insandır".

Əliyev İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən də danışıb:

"İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox ağlabatan və çox müsbət hesab edirik. "Rəsmi mövqe” dedikdə, mən prezident ilə xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqedir. Biz öz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifələrini yerinə yetirmək səlahiyyətinə malik olan siyasətçilərin mövqeyinə əsaslandırırıq. Bu isə -  Prezidentdir. İndi məsləətçi adlanan keçmiş məmurların da səsləri eşirilirdi. Onların mövqeyi bizim üçün heç bir əhəmiyyət kəsb etmir, çünki bizim dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər arasında, xarici işlər nazirləri arasındadır. Ona görə də biz bu yalançı rəvayətlərə məhəl qoymuruq.  Bizə hər şey aydındır. Prezidentin mövqeyi tamamilə düşünülmüş mövqedir və Zəngəzur dəhlizinin İrana qarşı heç bir təhdid yaratmadığına əsaslanır".

Hürr Tərcüman

Seçilən
10
hurriyyet.az

1Mənbələr