Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 millimetr).
Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Culfada 21, Neftçalada 20 metrədək güclənir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.