ain.az bildirir, Ayna saytına əsaslanaraq.
Rəsmi Karakas ABŞ qoşunlarının Karib hövzəsinə köçürülməsi ilə bağlı Quterreşə müraciət edib
Venesuela Amerika hərbi gəmilərinin Karib dənizinə köçürülməsi ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşə müraciət edib. AYNA.AZ xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İvan Gil Pinto özünün “Telegram”kanalında yazıb.
Nazir qeyd edib ki, rəsmi Karakas Quterreşdən "sağlam düşüncəni bərpa etməyi" xahiş edib və Amerika hərbi birləşmələrinin və hətta ABŞ-ın nüvə silahlarının Karib hövzəsində yerləşdirilməsindən narahatlığını ifadə edib. Bildirib ki, “bu, sülh üçün təhlükədir”.
Venesuela tərəfi ilə BMT koordinatoru arasında keçirilən görüşdə Vaşinqtonun regionda düşmənçilik hərəkətlərini gücləndirməsi müzakirə olunub.
XİN rəhbəri vurğulayıb ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNDOC) Venesuelanı “qanunsuz əkinlərdən” azad ərazi hesab edir. Gil qeyd edib ki, ABŞ-ın narkotik ticarəti ilə bağlı saxta ittihamları Bolivar Respublikasına qarşı təcavüz üçün bir bəhanədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.