UEFA Avrpa Liqasında pley-off mərhələsinin cavab görüşləri bu gün start götürəcək.
Fanat.Az xəbər verir ki, iki günə yekunlaşacaq cavab qarşılaşmalarının ilk günündə bir matç baş tutacaq.
Kiprdə reallaşacaq açılış oyununda AEK Norveç "Brann"ını qəbul edəcək. Norveçlilər ötən həftə doğma meydanda qazandığı minimal hesablı üstünlüyünü səfərdə qorumağa çalışacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
20:30. AEK (Kipr) - "Brann" (Norveç)
İlk oyun - 1:2.