AZ

Zəlzələdən sonra gecəni küçədə keçirtdi - VİDEO

Müğənni Xuraman Şuşalı ötən gecə Azərbaycanda baş verən zəlzələ ilə bağlı paylaşım edib. 

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi ailəsi ilə birlikdə Nabranda istirahətdə olduğunu bildirib. O, zəlzələni hiss etdikdən sonra hər kəsin küçələrə axışdığını deyib. 

"Əməlli bina silkələndi. Hamı çıxıb çölə. Heç kim evə getmir" deyə, Xuraman əlavə edib. 

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində 4-3 bal gücündə hiss olunub.

Seçilən
15
7
day.az

8Mənbələr