AZ

Elvis Preslinin xanımı qızının ölümündə günahlandırılır

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mərhum dünya ulduzu Elvis Preslinin 80 yaşlı dul arvadı Prissilla Presli qızının ölümündə əli olmaqda ittiham edilir. 

Axşam.az xəbər verir ki, onun keçmiş biznes tərəfdaşları qızı Liza Mari Preslinin ölümündə əli olması ilə bağlı şok ittihamlar irəli sürüblər. "RadarOnline" yazır ki, məqsəd Elvis ailəsinin mirasına nəzarət etmək olub.

Münaqişə genişmiqyaslı məhkəmə prosesi fonunda baş verib. Əvvəlcə Prissilla keçmiş həmkarlarına qarşı ittihamlar irəli sürüb, onların etibarından sui-istifadə etmələrinə və maliyyə fırıldaqlarına işarə edib.

Bridcet Cruz və Kevin Fialko tərəfindən 50 milyon dollarlıq iddia qaldırılıb. Şikayətlərində israr edirlər ki, Prissilla Lisa Marie 2023-cü ildə ürək tutmasından ölməzdən əvvəl xəbərdarlıq əlamətlərinə məhəl qoymayıb.

Ailəyə yaxın mənbə Prissillanın bu iddialardan çox əziyyət çəkdiyini, ona və ailəsinin reputasiyasına qarşı davamlı hücumlardan bezdiyini vurğulayıb:

"O, Lisa Marini geri qaytarmaq üçün hər şeyi, hətta bacarsa, öz həyatını da verərdi. Öz qızını dəfn etdikdən sonra bu iddialarla məşğul olması inanılmazdır".

Prissillanın vəkili Marti Singer TMZ-yə bildirib ki, iddia 80 yaşlı qadını ləkələmək üçün kədərli və pis cəhddir. O bildirib ki, işə xitab veriləcəyinə əmindirlər.

Qeyd edək ki, Liza Mari Presli 2023-cü ilin yanvarında 54 yaşında vəfat edib. Ölüm zamanı anası Prissilla Presli onun yanında olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
axsam.az

1Mənbələr