AZ

Avstraliyada sinaqoqu yandıran şəxs bunun İranın göstərişi olduğunu deyib

ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliyanın Melburn şəhərində sinaqoqu yandırmaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxıb.

Missiya.Az "Reuters"ə istinadən xəbər verir ki, ittiham olunan şəxs bu aktların İran tərəfindən təşkil edildiyini təsdiq edib.

Avstraliya rəsmiləri bildiriblər ki, İran 2024-cü ildə Melburndakı Adass İsrail sinaqoqunda və Sidneydəki koşer restoranında cinayətkarlardan və mütəşəkkil cinayətkar dəstə üzvlərindən istifadə edərək iki hücumu təşkil ediblər və bu fəaliyyətlərdə iştiraklarını gizlətməyə çalışıblar.

İlahə QənbərliMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
missiya.az

1Mənbələr