SOCAR təbii qazın İran üzərindən Naxçıvana tranzitinə dair sazişin müddətinin uzadılması barədə açıqlama yayıb.
Missiya.Az xəbər verir ki, Şirkətdən müqavilənin müddətinin uzadılmasının artıq tərəflər arasında razılaşdırıldığı və hazırda imzalanma mərhələsində olduğu bildirilib.
Qeyd olunur ki, tərəflər svop mexanizmindən istifadə etməklə təbii qazın Naxçıvana tranzitinin uzadılması barədə razılığa gəliblər: İran təbii qazı Culfadan Muxtar Respublikaya ötürür, bunun müqabilində Astara vasitəsilə Azərbaycandan eyni həcmdə qaz alır.
İran ərazisi ilə Naxçıvana qaz tədarükü 2006-cı ildən başlayıb.
Elcan
Missiya.Az