AZ

Onlayn istehlak krediti – sərfəli şərtlərlə 150 000 AZN-dək

Finss.az - ASC «Xalq Bank» onlayn istehlak krediti təqdim edir. Kredit müxtəlif tələbatlara uyğun sərfəli şərtlərlə verilir və 59 ayadək müddətə əldə edilə bilər. Maksimal məbləğ 150 000 AZN, illik faiz dərəcəsi 12-18% təşkil edir.

Kredit təminatına görə fərqli limitlər mövcuddur:

  • Təminatsız kreditlər: 36 ayadək, 5 000 AZN məbləğinə.
  • Zaminliklə: 48 ayadək, 20 000 AZN.
  • Daşınmaz əmlak və avtonəqliyyat vasitəsi girovu ilə: 59 ayadək, 150 000 AZN.

Ödəniş üsulu annuitet, komissiya 0.5% (min. 20 AZN, maks. 1000 AZN) olaraq müəyyən olunub.

Təminat növündən asılı olaraq həyat, fərdi qəza və ya girov predmeti olan əmlakın sığortası tətbiq edilir. Kredit 20-70 yaş arası şəxslər üçün, son iş yerində minimum 6 aylıq iş stajı olanlara təqdim olunur.

Seçilən
10
fins.az

1Mənbələr