AZ

Həyəcan olmadı, yəqin yaşımla bağlıdır 55 yaşında tələbə adı qazanan Vəfa Cəfərova

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Ali məktəbə qəbul olanlar arasında ən çox yaşı olan tələbə Vəfa Cəfərovadır. 55 yaşlı Vəfa xanım bu il subbakalavr kimi Sumqayıt Dövlət Universitetinin neft-qaz mühəndisliyi ixtisasına daxil olub.

Lent.az-a açıqlama verən V.Cəfərova qeyd edib ki, o, bundan öncə 3 dəfə kollec təhsili alıb:

“Mən ilk dəfə 1987-ci ildə Bakı Politexnik Texnikimunda binaların sanitar texniki qurğuları ixtisası üzrə təhsil almışam. 2 ildən sonra isə yenidən hazırlaşaraq, Bakı İnşaat Texnikumuna daxil oldum. Uzun müddət sonra ali məktəbə qəbul üçün şansımı sınadım və 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul oldum. Lakin oradakı ixtisas nazirlik tərəfindən təstiq olunmadığı üçün diplom ala bilmədim. Hələ də oxumaq istədiyim üçün Bakı Neft-Energetika Kollecinə sənəd verib, subbakalavr diplomu aldım. Ötən il səhhətimlə əlaqədar bakalavra sənəd verə bilmədiyim üçün bu il şansımı sınamaq istədim. Beləcə, Sumqayıt Dövlət Universitetinə qəbul oldum”

Vəfa xanım bakalavrdan məzun olduqdan sonra yenidən oxumağı düşünürsünüzmü? Sualımızı gülərək, “məzun olanda 60 yaşım olacaq, daha oxumaq istəmirəm”,- deyə cavablandırdı:

“Mən ali təhsil almaq istəyirdim, lakin bakalavrdan məzun olanda 60 yaşım olacaq. Ondan sonra oxumağı düşünmürəm. Universitetə qəbul olmaq arzumu ailə üzvlərim də müsbət qarşıladılar. Qəbul olduğumu eşitdiyim gün çox sevindim, ancaq nə yalan deyim, həyəcan olmadı. Yəqin ki, yaşımla əlaqəlidir.

Fərqindəyəm, əyani oxuduğum üçün hər gün Bakıdan Sumqayıta gedib-gəlməkdə çətinlik çəkəcəm. Gələcəkdə nə edəcəyim barədə qərar verəcəm”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
lent.az

1Mənbələr