Bu gün UEFA Çempionlar Liqasında pley-offun daha bir sıra cavab oyunları keçirləcək.
Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" (Azərbaycan) "Ferensvaroş" (Macarıstan) klubunu qəbul edəcək. İlk oyun komandamızın xeyrinə nəticələnmişdi - 3:1. "Qarabağ" qalib gələcəyi təqdirdə Çempionlar Liqasının əsas - Liqa mərhələsinə adlayacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu məşhur FİFA referisi, fransalı Kleman Tyurpen idarə edəcək.
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan)
İlk oyun - 3:1
23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)
İlk oyun - 1:1
23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)
İlk oyun - 0:0
23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1