AZ

DTX-nın istintaqı çərçivəsində kriptovalyutaya həbs qoyulub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanılmış cinayət işi çərçivəsində mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Bu barədə qərarı Səbail Rayon Məhkəməsi qəbul edib.

İstintaq materiallarına əsasən, həbs Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə uyğun olaraq, xüsusi müsadirəni təmin etmək məqsədilə tətbiq edilib. Qanunvericiliyə əsasən, bu tədbir cinayət yolu ilə əldə edilən əmlakın, o cümlədən virtual aktivlərin dövlət nəfinə alınmasını nəzərdə tutur.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna əsasən, virtual aktivlər – ödəniş və ya investisiya məqsədilə istifadə olunan rəqəmsal dəyər ifadələri – müsadirə oluna bilən əmlak kateqoriyasına daxildir.

DTX tərəfindən istintaqı aparılan iş üzrə həbs edilən B.H.R. və digər şəxslərin üzərində aşkarlanmış kriptovalyutaların müsadirəsi məqsədilə qərar beynəlxalq virtual aktiv xidməti təminatçılarına təqdim olunub.

Gülnar 

Seçilən
1
1
anews.az

2Mənbələr