AZ

Tarix yazan "Kayrat" "Qarabağ"a səsləndi: İndi sən

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan Qazaxıstanın "Kayrat" klubu maraqlı paylaşım edib.

Publika.az xəbər verir ki, Almatı təmsilçisi "TikTok" hesabında paylaşım edərək "Qarabağ"a səslənib. Obrazlaşdırılan videoda Ağdam klubunun "Kayrat"ı təbrik etməsi əks olunub. Qazaxıstan çempionu paylaşıma Azərbaycan dilində "İndi sən" sözlərini yazıb.

"Kayrat" bununla "Qarabağ"ı da Avropanın bir nömrəli klub turnirinin Liqa mərhələsində görmək istədiyini bildirmiş olub. Bu da azərbaycanlı azarkeşlər tərəfindən xoş qarşılanıb, dəstək və təşəkkür ifadə edilib.

Qeyd edək ki, bu gün Azərbaycan çempionu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə 3:1 hesabı ilə məğlub etdiyi "Ferensvaroş"u qəbul edəcək. Təmsilçimiz Macarıstan klubu qarşısında üstünlüyünü qoruya bilsə, tarixində ikinci dəfə ÇL-nin əsas mərhələsinə vəsiqə qazanacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:45-də baş tutacaq.

Seçilən
23
2
publika.az

3Mənbələr