AZ

Rusiyanın bəzi bölgələrində güclü leysan dağıntılarasəbəb olub

Rusiyanın Saxalin vilayətində güclü leysan yağıb.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi su basmış ərazidən ikisi uşaq olmaqla 37 nəfəri təxliyə edib. 69 ev su altında qalıb.

Nevelski rayonunda piyada yolları, taxta platformalar, marşrutların dayanacaqları, həmçinin su və elektrik təchizatı sistemləri dağılıb.

Güclü daşqın səbəbilə sərnişinlərlə dolu avtobus yoldan çıxaraq arxa aşıb. Sosial şəbəkələrdə su basmış yolun və aşmış avtobusun görüntüləri yayılıb.

Kazaçka çayında tıxaclar aradan qaldırıldıqdan sonra suyun səviyyəsi 0,8-1 metr aşağı düşüb.

Seçilən
12
3
redaktor.az

4Mənbələr