AZ

"Möcüzə"lər kitabına düşənlər

Avqustun 27-si saat 00:33-də Xəzər dənizinin Rusiya Federasiyasına mənsub ərazisində baş verən zəlzələ Azərbaycanda da hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 5,4 maqnitudalı zəlzələ Qusar stansiyasından 94 km şimalda Dağıstan ərazisində qeydə alınıb. Zəlzələ ocağı Yerin 64 kilometr dərinliyində yerləşib.

Yeraltı təkanlar Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı, Sumqayıt və s. şəhərlərdə 4-3 bal gücündə hiss olunub.

Zəlzələdən həyəcanlanan hündürmərtəbəli binaların bəzi sakinləri evlərini tərk edərək küçəyə çıxıblar.

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr