“Biz ABŞ ilə nüvə danışıqlarına hazırıq, ancaq...”
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Əş-Şərq Əl-Əvsət” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Tehran Vaşinqtonla dolayı nüvə danışıqlarını bərpa etməyə hazırdır.
Ancaq o bildirib ki, bu dialoq yalnız Amerikanın hərbi hücuma addım atmayacağına dair zəmanət verdiyi təqdirdə baş tuta bilər.
“Əgər amerikalılar bombalarla əldə edə bilmədiklərini danışıqlar masası arxasında əldə edəcəklərini düşünürlərsə, yanılırlar”, - deyə, XİN başçısı vurğulayıb.