AZ

Zəlzələ nəticəsində Xaçmazda dağıntı qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, gecə saatlarında Xəzər dənizi sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. Təkanlar Azərbaycanın şimal rayonlarında da hiss olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz rayon İcra Hakimiyyəti zəlzələ ilə bağlı rəsmi açıqlama yayıb.
 

MÖVZU İLƏ BAĞLI

Xəzər sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - YENİLƏNİB


Məlumatda deyilir:

"27.08.2025-ci il tarixində yerli vaxtla saat 00.33 dəqiqədə Qusar seysmik stansiyasından 94 km şimalda-Dağıstan Respublikası ərazisində 74 km dərinliyində 5,4 bal maqnituda zəlzələ qeydə alınıb.Zəlzələ Xaçmaz rayonunda 3-4 bala qədər hiss olunub, heç bir dağıntı baş verməyib".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
60
2
bizim.media

10Mənbələr