AZ

ABŞ ın müharibədən sonra Ukrayna ilə bağlı planı bəlli oldu

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyi planlaşdırır. Vaşinqton Ukrayna səmasının kəşfiyyatı və qorunmasında yardım təklif edir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da yayımlanan məqalədə deyilir.

Nəşrin adı açıqlanmayan mənbələri bildiriblər ki, Amerika rəsmiləri ötən həftə Avropa rəsmilərinə Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin koordinasiyasında iştirak edəcəklərini vəd ediblər.

Xüsusilə, ABŞ rəsmiləri Ukraynadakı istənilən Avropa missiyasını dəstəkləmək üçün kəşfiyyat və müşahidə, komandanlıq və nəzarətlə məşğul olmaq, həmçinin hava hücumundan müdafiə sistemləri ilə kömək etmək də daxil olmaqla “strateji imkanlar” təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

Rəsmilər qeyd ediblər ki, müharibədən sonrakı dəstək Avropa missiyasını və Ukraynanın hava hücumundan müdafiə sistemini dəstəkləmək üçün Amerika təyyarələri, logistika və yer radarlarının iştirakını nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
axar.az

3Mənbələr