AZ

Modi Trampın zənglərinə cavab vermir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp son həftələr ərzində Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışmağa dörd dəfə cəhd etsə də, o, danışmaqdan imtina edib.

Oxu.Az bu barədə "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə istinadla xəbər verir.

Qeyd olunur ki, Modi Trampın Hindistan iqtisadiyyatını "ölü" adlandırmasından və Yeni Dehlinin Rusiya neftini alması səbəbindən Hindistan idxalına əlavə 25 faizlik tarif tətbiq etməsindən sonra "inciyib".

ABŞ-nin Hindistandan idxal edilən mallara qarşı ümumi tarifi 50% təşkil edəcək. Məlumata görə, Yeni Dehli Vaşinqtonun hərəkətlərini ədalətsiz və əsassız hesab edib. Hindistan Rusiya neftini almağa davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
2
oxu.az

3Mənbələr