AZ

Keçmiş məcburi köçkün: Xoşbəxtəm ki, uzun illər sonra yurduma qayıdıram

Çox xoşbəxtəm ki, uzun illər sonra yurduma qayıdıram.

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdamın Xıdırlı kənd sakini, keçmiş məcburi köçkün Ramiz Mahmudov deyib.

R.Mahmudov qeyd edib ki, sevincini sözlərlə ifadə edə bilmir: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ömrümüzün bundan sonrakı hissəsini inşallah orada yaşayarıq.

Kəndimizi 5 ailə üzvümlə tərik etmişdik. Qızım artıq orada yaşayır, kəndə digər ailə üzvlərimlə qayıdıram. Çox sevinirəm. Yurduna qayıdan insan hansı hissləri keçirə bilər? Bu sevinci bizə yaşadan dövlətimdən razıyam”.

Qeyd edək ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə daha 104 ailə - 370 nəfər köçürüləcək.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən çox insan yaşayır.

Seçilən
6
report.az

1Mənbələr