AZ

Lətafət Əliyeva: Xıdırlıya qayıdacağımızı eşidən andan sevincimin həddi hüdudu yoxdur

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ömrümün ən gözəl çağında - 28 yaşında çıxdığım doğma yurduma 60 yaşımda qayıdıram".

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Bakıdan Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Lətafət Əliyeva deyib.

O bildirib ki, ən böyük arzusu bu gün həyata keçir:

"Köçəcəyimizi eşidən andan sevincimin həddi-hüdudu yoxdur. Ən böyük arzumuz bu gün həyata keçir.

Qaraçuxur qəsəbəsində inzibati binada məcburi köçkün həyatı yaşamışıq. Artıq sabahdan öz evimiz olacaq. Altı nəfərlə çıxdığım doğma yurduma həyat yoldaşımla qayıdıram. Övladlarım, nəvələrim isə noyabr ayında Ağdam şəhərinin özünə köçəcəklər.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 104 ailə (370 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Rövşən Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
oxu.az

1Mənbələr