AZ

Ağdama qayıdan keçmiş məcburi köçkün: Çox sevindirici gündür

Çox sevindirici gündür. Bu günə çox şükür.

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdamın Xıdırlı kənd sakini, keçmiş məcburi köçkün Murad Səfərov deyib.

O, qeyd edib ki, sevincinin hədd-hüdudu yoxdur: “Bu günümüzə çox şükür. Allah Prezidentimizin canını sağ eləsin, qazilərimizə can sağlığı versin, şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Otuz dörd ildən sonra ata-baba yurdumuza qayıdırıq”.

“Mən Ağdamı tərk edəndə 30 yaşım vardı, indi 64 yaşım var. Yurdumu 7 doğmamla tərk etmişdim, 3 nəfərlə qayıdıram”, - M.Səfərov deyib.

Qeyd edək ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə daha 104 ailə - 370 nəfər köçürüləcək.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən çox insan yaşayır.

Seçilən
18
2
report.az

10Mənbələr