Venesuela ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmilərini Karib dənizinə yerləşdirməsi və Latın Amerikasında sülhə təhlükə ilə bağlı BMT-nin baş katibinə müraciət edib.
"Report"un xəbərinə görə, bunu Bolivar Respublikasının xarici işlər naziri İvan Gil Pinto BMT-nin Venesueladakı rezident əlaqələndiricisi Canluka Rampolla ilə görüşündən sonra özünün teleqram kanalında bildirib.
"Biz BMT-nin baş katibi Antonio Quterreşə sağlam düşüncənin bərpası xahişi ilə müraciət etdik, ABŞ hərbi birləşmələrinin Karib hövzəsində sülh üçün təhlükə yaradan və hətta nüvə silahlarının yerləşdirilməsi ilə bağlı narahatlığımızı bölüşdük", - nazir bildirib.
Onun sözlərinə görə, BMT koordinatoru ilə görüşdə ABŞ administrasiyasının “2014-cü ildə Latın Amerikası və Karib hövzəsi dövlətləri birliyi tərəfindən sülh zonası elan etdiyi” regionda düşmənçilik hərəkətlərinin genişlənməsi müzakirə olunub.
O, ABŞ-nin narkotik alveri ilə bağlı yalan ittihamlarının Venesuellaya qarşı təcavüz üçün bəhanə kimi xidmət etdiyini vurğulayıb.