AZ

Çində məmur edama məhkum EDİLDİ

Çinin Haynan əyalətinin Xalq Məclisi Daimi Komitəsinin keçmiş sədr müavini Lyu Sintay əmlakı tam müsadirə olunmaqla ölüm cəzasına məhkum edilib.

Redaktor.az-ın Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən verdiyi məlumata görə o, 316 milyon yuandan (təxminən 45 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinib.

Quylin Şəhər Məhkəməsi Lyunu 2003-2024-cü illərdə Şandun və Haynan əyalətlərində yüksək vəzifələrdə çalışdığı zaman korrupsiyada təqsirli bilib. O, şirkətlərə və şəxslərə biznesdə köməklik göstərmək, müqavilələr əldə etmək və maliyyə vəsaitlərini bölüşdürmək üçün rüşvət alıb.

Lyu günahını etiraf edib, istintaqla fəal əməkdaşlıq edib və müsadirə edilmiş əmlakı könüllü olaraq qaytarıb. Məhkəmənin qərarına əsasən, Lyunun edamı iki il müddətinə təxirə salınacaq.

Seçilən
25
2
redaktor.az

3Mənbələr