"Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Devid "X" sosial şəbəkəsində yazıb.
Qeyd olunur ki, bu, Avropa güclərinin İranın nüvə proqramı ilə bağlı müəyyən etdiyi müddətə 5 gün qalmış baş verib.
Mənbələrin bildirdiyinə görə, İran tərəfi tələblərin yerinə yetirilməsi üçün konkret addımlar təklif etməyib: ABŞ ilə danışıqların bərpası, BMT müfəttişlərinin İsrailin hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinə çıxışının təmin edilməsi və İranda qalan 60 % zənginləşdirilmiş uran ehtiyatları.
"Axios"un fikrincə, irəliləyişin olmaması tələblərin avqustun 31-dək yerinə yetirilməyəcəyi təqdirdə Avropa ölkələrinin "Snapback" mexanizmini işə salması ehtimalını xeyli artırır.
"Snapback" 2015-ci il nüvə sazişinin bir hissəsi olan hüquqi mexanizmdir və sazişi pozarsa, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına səbəb olur.