Tanınmış jurnalist, Oxu.Az-ın redaktoru Rüstəm Qaraxanlı dünyasını dəyişib.
Bu barədə mərhumun ailəsi məlumat verib.
1978-ci il təvəllüdlü R.Qaraxanlının ötən gün axşam saatlarında səhhətində qəfil yaranan problemdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, o, bir sıra mətbu orqanlarda köşə yazarı kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
Tarix: 27 Avqust 2025, 01:36