AZ

Xəzərdə 5.7 bal gücündə zəlzələ oldu, Bakı və Sumqayıt SİLKƏLƏNDİ

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss edilib.

***

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstanda 5,3 bal gücündə zəlzələ olub. 

Musavat.com xəbər verir ki, 26 avqust 2025-ci il tarixində saat 20:33:44 UTC-da (yerli vaxtla 27 avqust 00:33:44) Dağıstan ərazisində 5,3 bal gücündə zəlzələ baş verib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Zəlzələnin episentri Mahaçqala yaxınlığında olub, dərinliyi isə 66 km təşkil edib.

Hadisənin yaratdığı ziyan və ətraf bölgələrdəki təsirlər barədə məlumatlar hələ açıqlanmayıb.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

Screenshot_1.png

***

Musavat.com xəbər verir ki, Mahaçqalada 5,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Bakıda və Sumqayıtda da hiss olunub.

Qeyd olunur ki, Zəlzələ Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Gürcüstan, Ermənistanda hiss olunub.

Seçilən
111
1
editor.az

10Mənbələr