AZ

Vitkoff: ABŞ Rusiya-Ukrayna münaqişəsini ilin sonuna qədər bitirməyə can atır

ABŞ bu ilin sonuna qədər Rusiya - Ukrayna, eləcə də İsraillə İran arasında və Qəzza zolağında münaqişələrin həllinə nail olmağa ümid edir.

"Report"un xəbərinə görə, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff ölkə Prezidenti Donald Trampın rəhbərliyi ilə Ağ Evdə Amerika administrasiyasının iclasında deyib.

"Rusiya, Ukrayna, İran, İsrail, HƏMAS - biz bu həftə ərzində hər üç münaqişənin həlli ilə bağlı görüşmüşük. Ümid edirik ki, onları bu ilin sonuna kimi həll edəcəyik", - o deyib.

Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Jey Di Vens artıq altı ay ərzində Rusiya-Ukrayna münaqişəsinin həllinə ümid etdiyini bildirib.

Seçilən
1
report.az

1Mənbələr