AZ

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, 4 nəfər xəsarət alıb

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
103
22
far.az

10Mənbələr