Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Portuqaliyanın paytaxtı Lissabonda 22 yaşlı toreador Manuel Mariya Trindadi korrida zamanı ölüb.
Oxu.Az bu barədə "Daily Mail" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, toreador 1 500 kiloluq öküz onu tutub divara çırpması nəticəsində həlak olub.
Trindadi çox ciddi kəllə-beyin travması alıb. O, təcili olaraq San-Xose xəstəxanasına aparılıb və süni komaya salınıb.
Kişinin sağalmaz beyin zədəsindən həlak olduğu qeyd olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.