AZ

Bu ölkə piyada əleyhinə minalardan istifadəni bərpa etməyi planlaşdırır

Olke.az saytına istinadən ain.az xəbər verir.

Finlandiya 2026-cı ilin yanvarından etibarən piyada əleyhinə minaların istifadəsini bərpa etməyi planlaşdırır.

“Ölkə.az” xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarına istinadən “Yle” telekanalı məlumat yayıb.

Finlandiya 2025-ci il iyulun 10-da piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması barədə BMT-yə rəsmi məlumat verib və sazişin denonsasiyası gələn ilin yanvar ayında qüvvəyə minəcək.

“Quru qoşunları gələn ilin yanvarında piyada əleyhinə minaları arsenala bərpa edəcək”, - Müdafiə Nazirliyindən bildirilib.

Quru qoşunları mühəndisi Riku Mikkonen əlavə edib ki, 2026-cı ilin yanvar ayından etibarən mövcud müdafiə sisteminə əlavə olaraq minaların sürətlə istismara verilməsi üçün tədbirlər hazırlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
12
olke.az

10Mənbələr