Ukrayna prezidenti Vladimir Zelenski bu həftə Türkiyə, Fars körfəzi ölkələri və bir sıra Avropa ölkələri ilə diplomatik təmasların planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, bu ölkələr Rusiya prezidenti Vladimir Putinlə gələcək birbaşa danışıqlar üçün potensial platforma hesab olunur.
Prezident qeyd edib ki, Ukrayna münaqişənin başa çatmasına hazırdır və dialoqa yönəlik hazırlıqlar aparır. Onun sözlərinə görə, Rusiyaya təzyiq göstərmək və sülh prosesinə başlamaq üçün qlobal liderlərin, xüsusilə ABŞ-ın mövqeyi həlledici rol oynaya bilər.