AZ

Türkiyə və Rusiya klubları arasında qalmaqal Məhkəməyə müraciət olunacaq

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə "Qalatasaray"ı ilə Rusiyanın "Spartak Moskva" klubu arasında anlaşılmazlıq yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə "odds.ru" saytı məlumat yayıb.

İstanbul təmsilçisi bildirib ki, futbolçu Karlos Kuestanın Moskva klubuna transferi tibbi müayinə səbəbi ilə baş tutmasa, məhkəməyə müraciət edəcəklər.

"Sarı-qırmızılar"ın 26 yaşlı kolumbiyalı futbolçu ilə bağlı cari mövsümün əvvəlində, təlim-məşq toplanışından öncə əldə etdiyi beynəlxalq səviyyədə tanınan tibbi hesabatları var.

"Görünür, "Spartak" başqa oyunçu almaq fürsəti yarandığı üçün tibbi müayinəni bəhanə edərək Kuestadan imtina etmək fikrindədir", - mənbə bildirib.

Qeyd edək ki, Karlos Kuesta cari ilin fevralından Türkiyə klubunda çıxış edir. O, 2024/25 mövsümündə 9 matçda iştirak edib. Kuestanın "Qalatasaray"la müqaviləsi 2028-ci il iyunun 30-na kimi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
oxu.az

10Mənbələr