AZ

“Milan” danışıqları sürətləndirdi

 Fransanın “Marsel” komandasında çıxış edən yarımmüdafiəçi Adrien Rabyonun İtaliyanın “Milan” klubuna keçidi rəsmiləşmək üzrədir.

90deqiqe.Az-ın məlumatına görə, son saatlarda “rossoneri” klubu fransalı futbolçunun potensial transferi üzrə konkret addımlar atıb və futbolçu ilə birbaşa əlaqə qurub.

İtaliyalı yarımmüdafiəçi ilə müqavilə imzalamaq təşəbbüsünü “Milan”ın baş məşqçisi Massimiliano Alleqri irəli sürüb. Alleqri daha əvvəl Rabyo ilə “Yuventus”da çalışmışdı.

Xatırladaq ki, “Marsel” 30 yaşlı futbolçunu komandanın geyim otağında Jonatan Rou ilə baş verən insidentdən sonra satışa çıxarmağa hazırdır və onun üçün təxminən 15 milyon avro əldə etməyi planlaşdırır.

Ötən mövsüm Rabi Fransa çempionatında 29 matça çıxaraq 9 qol vurub.

Seçilən
4
90deqiqe.az

1Mənbələr