AZ

KİV: Belarus məhbusları azad etmək üçün ABŞ yə şərt qoyub

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Belarus amerikalı diplomatlarla Minsk tərəfindən çoxlu sayda məhbusun azad edilməsi ilə bağlı danışıqlar aparır. Bunun müqabilində Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampdan sanksiyaları yumşaltmağı xahiş edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Rzeczpospolita" nəşri mənbələrə istinadən məlumat yayıb.

Minsk "Belavia" aviaşirkəti və kalium gübrəsi istehsalçısı "Belaruskaliy"ə qarşı sanksiyaların qaldırılacağına ümid edir. Qəzetin mənbəsinin sözlərinə görə, Lukaşenko "təcriddən çıxmağa" və ABŞ prezidenti ilə münasibətləri sahmana salmağa çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
4
oxu.az

5Mənbələr