AZ

Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək

Finlandiya 2026-cı ilin yanvarından etibarən piyada əleyhinə minaların istifadəsini bərpa etməyi planlaşdırır.Bu barədə ölkənin quru qoşunlarına istinadən “Yle” telekanalı məlumat yayıb.

Finlandiya 2025-ci il iyulun 10-da piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması barədə BMT-yə rəsmi müraciət edib. Sazişin denonsasiyası isə gələn ilin yanvarında qüvvəyə minəcək.

Müdafiə Nazirliyindən bildirilib ki, “quru qoşunları gələn ilin yanvarında piyada əleyhinə minaları arsenala bərpa edəcək”.

Quru qoşunlarının mühəndisi Riku Mikkonenin sözlərinə görə, 2026-cı ilin yanvarından etibarən mövcud müdafiə sisteminə əlavə olaraq minaların sürətli istifadəsi üçün tədbirlər hazırlanacaq.

Seçilən
6
11
anews.az

10Mənbələr