Bakı. Trend:
“Qarabağ” Portuqaliyanın “Portimonense” klubunda çıxış edənKamilo Duranı heyətinə cəlb edib.
Trend xəbər verirki, 23 yaşlı kolumbiyalı futbolçu ilə 3 illik müqaviləimzalanıb.
Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edəbilən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə meydanaçıxacaq.
Duran futbol karyerasına Kolumbiyada “İndependente Medelyin”dəbaşlayıb, daha sonra Braziliyanın “Flamenqo” klubunun gənclərkomandasında çıxış edib. Ardınca Portuqaliyaya transfer olunanhücumçu “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və“Portimonense”də forma geyinib. O, həmçinin Kolumbiyanın U-20yığmasının üzvü olub.
Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Dani Bolt, Pedro Bikalyo,Kris Kuaku, Sami Mmae və Joni Montielini transfer edib.