AZ

Tramp Vaşinqtonda ölüm cəzasını qaytarmaq istəyir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 26 avqust , AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda ölüm hökmünün bərpasını istəyir.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı kabinet iclasında bildirib ki, paytaxtda kimsə kimisə öldürərsə, bunun cəzası edam olmalıdır.

“Ölkədə buna hazır olub-olmadığımızı bilmirəm, amma bizim başqa seçimimiz yoxdur. Kimsə kimisə öldürsə, cəzası ölüm hökmüdür”,- deyə Tramp əlavə edib.

Qeyd edək ki, 2018-ci ildən Vaşinqton ştatında ölüm hökmü tətbiq edilmir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
9
azertag.az

10Mənbələr