AZ

Zelenski - Putin danışıqları Türkiyədə keçirilə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar Türkiyədə baş tuta bilər.Bu barədə Ukrayna lideri axşam müraciətində bildirib.

Onun sözlərinə görə, görüş üçün potensial məkan kimi Fars körfəzi və ya Avropa ölkələri də nəzərdən keçirilir.

“Həftə ərzində Türkiyə ilə təmaslar olacaq, (Fars -red) körfəzi ölkələri, rusiyalılarla danışıqlar üçün məkan ola biləcək Avropa ölkələri ilə təmaslar olacaq”, - Zelenski bildirib.

"Bizim tərəfimizdən müharibəni bitirmək üçün hər şey mümkün qədər hazır olacaq. Tərəfdaşlarımızın bunu təsdiqləmələri vacibdir", - o əlavə edib.

Seçilən
30
17
anews.az

10Mənbələr