AZ

Şuşa Qlobal Media Forumunun səngiməyən əks sədası

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

III Şuşa Qlobal Media Forumunun başa çatmasından bir aydan çox vaxt keçsə də, onun əks-sədası hələ də səngimir. Belə ki, bu günlərdə Rusiyanın Ədliyyə Nazirliyi politoloq və Dövlət Dumasının keçmiş deputatı Sergey Markovu "xarici agentlər" adlanan reyestrə daxil edib.

Oxu.Az bildirir ki, bu barədə "Caliber"in "YouTube" kanalının yeni buraxılışında bəhs edilir.

Materialda qeyd olunur ki, buna əsas arqument kimi "Rusiya Federasiyasında xarici agentlərin və arzuolunmaz təşkilatların məlumatlarının və materiallarının yaradılmasında və yayılmasında iştirak" gətirilir.

"Həmçinin Sergey Markovun xarici agentlər siyahısına salınmasına səbəb kimi ekspertin "xarici KİV və xarici agentin təqdim etdiyi platformalarda" şərhləri göstərilir".

Ədliyyə Nazirliyinin saytındakı məlumatda habelə deyilir ki, Sergey Markov Rusiya Federasiyası hakimiyyət orqanlarının qəbul etdiyi qərarlar və yeritdiyi siyasət haqqında mötəbər olmayan məlumatlar yayıb.

Ətraflı süjetdə:

Şuşa Qlobal Media Forumunun səngiməyən əks-sədası

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
6
oxu.az

7Mənbələr