AZ

“Laçın, qubernator və mən” tammetrajlı bədii-sənədli filminin premyerası baş tutub

“Laçın, qubernator və mən” tammetrajlı bədii-sənədli filminin premyerası baş tutub.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, təqdimat MDB ölkələrinin Beynəlxalq Kino Günləri çərçivəsində həyata keçirilib.

Premyerada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla yanaşı, nümayəndəliyin səlahiyyətli şəxsləri, Dövlət Film Fondunun əməkdaşları, kino ictimaiyyəti və Laçın rayonunun sakinləri iştitak ediblər.

Film Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun həyatı və siyasi fəaliyyətinin motivlərini özündə əks etdirir.

“Laçın, qubernator və mən” bədii-sənədli filmi “Hoçazfilm” istehsalıdır.

Filmin rejissoru Amil Məmibəyli, ssenari müəllifləri isə Amil Məmibəyli və Şərif Ağayardır.

Ekran işində bəzi səhnələrdə süni intellektin köməyindən istifadə olunub.

Seçilən
0
report.az

1Mənbələr