AZ

Türkiyədə keçirilən yarış zamanı itkin düşən rusiyalı məşqçinin axtarışları davam edir

Bakı. Trend:

Avqustun 24-də Türkiyədə - Bosfor boğazında təşkil olunanüzgüçülük marafonu zamanı itkin düşən rusiyalı məşqçi NikolaySveçnikovun axtarışları davam edir.

Trend xəbərverir ki, hadisə ilə bağlı İstanbulun Beykoz Respublika BaşProkurorluğu tərəfindən genişmiqyaslı tədqiqat başladılıb.

İstintaq çərçivəsində prokurorluq tərəfindən idmançının şəxsiməlumatlarının, yarış zamanı çəkilmiş görüntülərin, hotel vəxəstəxana qeydlərinin araşdırılması, eləcə də Sveçnikovun ailəüzvləri və yarışa onunla birlikdə qatılan şəxslərin ifadələrininalınması tələb edilib.

Bildirək ki, bu il 37-ci dəfə keçirilən Boğaziçi QitələrarasıÜzgüçülük Yarışında 81 ölkədən 2 min 820 idmançı iştirak edib.

Seçilən
0
az.trend.az

1Mənbələr