AZ

Ukraynaya F 16 qırıcıları verəcəklər

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belçika sentyabrda F-16 qırıcılarını Ukraynaya təhvil verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Odessada Ukrayna ilə Belçika, Niderland və Lüksemburq arasında keçirilən görüşdən sonra Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib.

“Gələn ay sizə bir neçə F-16 verəcəyik”, - deyə Prevost deyib.

Nazir əlavə edib ki, Belçika həmçinin Ukraynaya iqtisadi dəstək üçün 20 milyon avro ayıracaq, 2029-cu ilə qədər Qara dənizdə minalardan təmizləyici gəmilər təqdim edəcək, həmçinin qeyri-müəyyən sayda pilotsuz təyyarələr verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
12
qafqazinfo.az

10Mənbələr